Dumanda azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələrə məruz qalan əsgər Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının mühafizəsinin qətlində ittiham olunur.
Ermənilər iddia edirlər ki, qətlə yetirilən mühafizəçi Hayrapet Meliksetyanın telefonu azərbaycanlı əsgərin cibində tapılıb, daha sonra əsgərimizə qətli törətdiyi “etiraf” etdirilir.
“Aravot” nəşri isə bu iddianı təkzib edən məlumat yayıb. Nəşr yazır ki, qətlə yetirilən mühafizəçinin telefonu iş yerindən uzaqda – Xotanan qəsəbəsində, magistral yolun yaxınlığında tapılıb. Nəşrin bu məlumatı əsgərimizlə bağlı iddiaya uyğun gəlmədiyi üçün dərhal digər erməni media resursları tərəfindən “feyk nyus” olaraq tirajlanıb. Lakin bu informasiya azərbaycanlı əsgərin “qətl törətdiyi” iddiasının erməni mənbəsi tərəfindən təkzibi deməkdir.
Ermənistanın məqsədi əsgər Hüseyn Axundovu qətl ittihamı ilə həbs etmək, müharibədən sonra Qarabağda saxlanılan və Bakıda həbsdə olan ermənilərlə dəyişdirməkdir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü