Ukrayna ordusunun hücumu təxminən bir aydan sonra başlaya bilər, çünki hazırda aktiv hərbi əməliyyatlar yağışlı hava şəraitinə mane olur.
BUTA.TV xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.
“Ramştaynda səsləndirilən fikirlərə qulaq assanız, Ukrayna Silahlı Qüvvələrinin real əks-hücumundan danışmaq üçün təxminən bir ay vaxt lazımdır. Eyni zamanda, hava şəraiti dəyişsə, hücum daha tez başlaya bilər, əks halda bir ay, bəlkə iki ay çəkər. Ukraynanın hücumuna mane olan “Abrams” tanklarının və ya Kiyevin gözlədiyi digər silahların olmaması deyil, ağır texnikanın hərəkətini çətinləşdirən yağışlı havadır”, - nazir bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü