Zəlzələdən zərərçəkənləri normal həyata qaytaracağıq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Həyatın gedişatında qazanclarla yanaşı, fəlakətlər, təəssüf ki, itkilər də yaşana bilər. Zəlzələ fəlakətlərində belə bir kədər yaşadıq. Aranızda bu zəlzələlərdə qohumlarını, tanışlarını itirənlər var. Əbədiyyətə qovuşan bütün vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm.
Dövlətimiz və xalqımız zəlzələlərin yaralarını sağaltmaq, geridə qalanların qayğısına qalmaq üçün bütün imkanlarını səfərbər etdi. İnşallah, bir il ərzində şəhərlərimizi dirçəldəcək, zəlzələdən zərərçəkənləri normal həyata qaytacağıq”, - Türkiyə Prezidenti deyib.
“Uşaqlarımızı arzularına çatdırmaq üçün 21 il gecə-gündüz çalışdıq. İndi ölkəmizə gətirdiyimiz inkişaf səviyyəsini "Türkiyə Əsri" ilə taclandırmaq istəyirik. Bunun üçün ciddi hazırlıq və səy göstəririk. Bir az əvvəl yola saldığımız “TCG Anadolu” gəmimiz kimi belə bir layihəni ölkəmiz üçün həyata keçirməkdən çox şadıq”, - Ərdoğan əlavə edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü