Bölgəmizdə sülhün alternativi yoxdur.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiyaya səfəri zamanı deyib.
Paşinyan bölgəyə faktaraşdırıcı missiyanın göndərilməsinin vacibliyini vurğulayıb:
"Bütün çətinliklərə baxmayaraq, Ermənistan hökuməti sülh proqramını qəbul edib. İnanırıq ki, bölgəmizdə sülhün alternativi yoxdur".
Çexiyanın baş naziri Petr Fiala həmçinin birgə mətbuat konfransında deyib ki, Çexiya regiona sabitlik gətirəcək sülh təşəbbüslərini və səylərini dəstəkləyə bilər və dəstəkləyəcək:
"Ermənistan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması prinsipial əhəmiyyət kəsb edir. Burada, Praqada bir addım atıldı. Bu, iki ölkə arasında münasibətlərdə tarixi mərhələ sayıla bilər".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü