Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisdə keçirilən Afrika çempionatında qızıl medal qazanıb.
Federasiyadan BUTA.TV-a bildirilib ki, 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb. Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb.
Daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq) Afrika çempionu olub.
Qeyd edək ki, Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında erməni təxribatı görə iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançıların Tunisdə əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü