Rusiya və İran arasında dərinləşən əməkdaşlığın qarşısını almaq üçün həmkarlarımla hər iki ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyirik.
BUTA.TV xəbər verir ki, bu barədə amerikalı senator Ted Kruz deyib.
“Hazırda mən Bayden administrasiyasını bir sıra istiqamətlərdə Rusiya-İran əməkdaşlığına qarşı çıxmağa məcbur edəcək qanun layihəsinə dəstək qazanmaq üçün çalışıram”, - Kruz bildirib.
O, Rusiya və İranın Ukrayna müharibəsində istifadə etdiyi bank, təyyarə və gəmilərə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.
Kruz bildirib ki, qanun layihəsi həmçinin İranın milyardlarla dollarlıq aktivlərini donduracaq və ABŞ Prezidenti Co Baydeni onlardan Ukraynaya təzminat ödəmək və İran təcavüzünün amerikalı qurbanlarına ödəmək üçün istifadə etməyə məcbur edəcək.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü