AKP rəsmiləri ötən gün Prezident Rəcəb Tayyib Ərdoğan və ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan arasında baş tutan görüş haqda açıqlama verib.
BUTA.TV xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
AKP-nin sədr müavini Numan Qurtulmuş hazırda seçkilərdə iki nəfərin yarışdığını bildirib:
“Bir tərəfdə terrorla çox təsirli mübarizə aparan Ərdoğan, digər tərəfdə isə “PYD bizə düşməndirmi?” deyəcək qədər ehtiyatsız davranan Kılıçdaroğlu var. Oğana səs verən insanların bunu çox gözəl dəyərləndirəcəyini bilirəm. Çünki onlar Millət İttifaqına səs vermədilər. Səbəb isə FETÖ və PKK ilə olan təmaslardır”.
AKP-nin sədr müavini Həmzə Dağ da ikitərəfli görüşü dəyərli hesab etdiyini deyib:
“Bütün ölkəmizi sevindirəcək bir nəticə olacağını düşünürəm”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü