Masallı rayonunda avtomobil kanala aşıb, sürücü ölüb.
BUTA.TV xəbər verir ki, hadisə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Banbaşı kəndindən keçən hissəsində baş verib.
Belə ki, Masallı rayon sakini Namiq Eynullayevin idarə etdiyi “VAZ 217030” markalı avtomobil Miri Ağayevin idarə etdiyi “VAZ 21043” markalı avtomobillə toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, qəza nəticəsində “VAZ 21043” markalı avtomobil yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb.
Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və “VAZ 217030” markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü