İyunun 4-ü günortadan sonra İran İnqilab Keşikçiləri Korpusunun sürətli qayıqları Hörmüz boğazında hərəkət edən ticarət gəmisini ələ keçirməyə çalışıblar.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması bəyanat yayıb.
Bəyanatda bildirilib ki, ABŞ və Britaniyanın bölgədəki donanması ticarət gəmisinin yardım çağırışına cavab verib:
“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS McFall” esminesi, eləcə də bölgədə mövcud olan Britaniya Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Lancaster” freqatı ticarət gəmisinin yardım tələbinə cavab verib. İngilis freqatı, bir helikopter və “USS McFall” esminesi bu gəminin olduğu yerə dəniz patrul təyyarəsi göndərib. Gəmiyə kömək etmək üçün müdaxilə edildikdən sonra SEPAH qayıqları bölgəni tərk edib".
ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması tərəfdaşları ilə birgə dünyanın neft ixracının 20 faizinin keçdiyi Hörmüz boğazı ətrafında müdafiəni gücləndirdiyini vurğulayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü