Baxmut yaxınlığında Ukraynanın Üçüncü Əlahiddə Hücum Briqadası irəliləyişə nail olub.
BUTA.TV xəbər verir ki, bunu "Azov" alayının keçmiş komandiri, Ukrayna Silahlı Qüvvələrinin mayoru Maksim Jorin bildirib.
O qeyd edib ki, ruslar şəxsi heyətin, döyüş sursatlarının və aviasiyasının sayı baxımından hələ də böyük üstünlüyə malikdir:
“Bununla belə, biz düşmənin qurmağa çalışdığı müdafiədə zəifliklər tapırıq və onları orada vururuq”.
Jorinin sözlərinə görə, ordu "Fırtına Z"dən cəlb edilmiş məhkumlar tərəfindən gücləndirilib:
"Ancaq Ukrayna ordusunun qarşısında əsasən Rusiyanın 57-ci briqadası dayanıb".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü