Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanması qaydalarını pozanlar cərimələnəcək.
BUTA.TV xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 324-1-ci maddə (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanması) əlavə olunur.
Belə ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanmasına görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə ediləcək.
Məcəllədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 000 manat məbləğində, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə olunacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü