Macarıstanın Baş naziri Viktor Orban amerikalı milyarder Corc Sorosun vəsaitlərə nəzarəti oğlu Aleksandra verməsi xəbərinə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Tvitter sosial şəbəkəsində yazıb.
Orban bu hadisəni “Xaç atası” filmindən bir səhnə ilə müqayisə edib. Səhifədə Frensis Ford Koppolanın “Xaç atası” filmindən bir epizod paylaşan Baş nazir qeyd edib ki, burada mafiya klanının başçısı imperiyaya nəzarəti oğluna verir.
Filmin yayımlanan epizoduna isə o, “Soros 2.0” başlığını yazıb.
Qeyd edək ki, Corc Soros 25 milyardlıq imperiyasını idarə etməyi oğluna həvalə edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü