Rusiya-Ukrayna müharibəsi səbəbindən bütün dünyada silah ehtiyatları azalır ki, bu da silah şirkətlərinin canlanması üçün yeni mərhələ açır.
BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə nazirinin parlamentdəki nümayəndəsi Ceyms Hippi deyib.
Parlamentdəki çıxışı zamanı deputatlar Hippidən soruşublar ki, o, Böyük Britaniyanın Ukraynanı silahla təmin etmək imkanlarına tamamilə əmindirmi?
Hippi deputatlara cavabında Böyük Britaniyanın tək olmadığını, bütün donor ölkələrin buna çalışdığını vurğulayıb:
“Bu, müdafiə sənayesinə daxil olmaq üçün yaxşı vaxtdır və Britaniya müdafiə şirkətləri gözlənildiyi kimi bu tələb mesajına açıq şəkildə cavab verirlər".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü