Sabirabadda keçmiş arvadı və qaynına hücum edən şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov deyib.
N.Həmidov bildirib ki, Sabirabad rayon sakini M.Əliyev Rayon Polis Şöbəsinə müraciət edərək gecə saatlarında keçmiş kürəkəni D.Mehdiyevin onların yaşadığı ünvana gəlməsi, evin qarşısında saxladığı "Mersedes" markalı avtomobili dəmir linglə yarasız hala salması, eləcə də ona və bacısına təhqir edərək xəsarət yetirməsi barədə məlumat verib.
"Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməli törədən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş D.Mehdiyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir", - deyə o, əalvə edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü