İsrail müdafiə naziri Yoav Qalant yaxın günlərdə Ukrayna müdafiə naziri Aleksey Reznikovla telefon danışığı aparacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Axios” nəşri israilli məmurlara istinadla məlumat yayıb.
Məlumata görə, Qalantdan danışıq aparmağı Pentaqon rəhbəri Lloyd Ostin xahiş edib.
Nəşrin yazdığına görə, Brüsseldə NATO-nun müdafiə nazirlərinin görüşü zamanı Ostin Qalantdan ukraynalı həmkarı ilə danışıb-danışmayacağını və Ukraynaya daha çox kömək edib-etməyəcəyini soruşub.
Qalant isə bildirib ki, İsrail Ukraynaya öldürücü silah verməyəcək.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü