Rusiya rolu həm Ermənistanın, həm də Azərbaycanın imzaları olan müvafiq yazılı sənəddə qeyd olunub.
BUTA.TV xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentindəki dinləmələrdə Rusiyanın regionda öz sülhməramlılarını yerləşdirməklə təsirini artırmaq istəməsi ilə bağlı suala reaksiyasında bildirib.
"Bu rol heç bir halda heç bir şübhə doğura bilməz, çünki bir daha deyirəm, bunu birbaşa münaqişə edən tərəflər də təsdiqləyiblər və bu məsələdə mütləq konsensus əldə olunub", - Zaxarova söyləyib.
Onun sözlərinə görə, 44 günlük müharibədə baş vermiş hadisələrin araşdırılması Ermənistanın daxili işidir:
"Ermənistanın baş nazirinə verilən bütün suallar məhz daxili araşdırmalar və debatlar kontekstində baş nazirə verilib. Rusiyada bir növ bəd niyyət tapmaq cəhdləri varsa, bu şərdir bu, yalan mesajdır, bu, təmiz dezinformasiyadır".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü