Paşinyan hökumətin son iclasında verdiyi bəyanatlar ilə rəhbərlik etdiyi dövlətin mövqeyini ortaya qoydu. Biz sözügedən bəyanatlardan danışıqlarda hansı məqamların problemli olduğunu aydın görə bilərik.
Bu sözləri BUTA.TV-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
Ekspert Azərbaycanın birtərəfli şəkildə hərbi addımlar ata biləcəyini vurğulayıb:
“Azərbaycan dövlətinin öz ərazisi ilə bağlı problemli məqamların aradan qaldırılması üçün birtərəfli addımlar atması gözlənilir. Ancaq bunun qarşıdakı Brüssel görüşündən əvvəl, yaxud sonra edilməsi haqqında qərarı dövlət özü verəcək. Biz Paşinyanın Qarabağda Ermənistan əsgərinin olmaması haqqında sözlərinin yalan olduğunu “Qisas-2”əməliyyatı ilə sübut etdik. Tərəflər bir neçə prinsipial məsələdə geri çəkilmək niyyətində deyil. Demək ki, danışıqlara təkan verilməsi üçün yerdəki mövcud vəziyyət dəyişməlidir və əgər rəsmi İrəvan belə davam etsə, Bakı özü bu təkanvermə əməliyyatını həyata keçirəcək. Son 2 il 8 ayda yaşadığımız təcrübə də bizə bunu göstərir”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü