Qazaxıstan televiziyasında yenidən rusiyalı təxribatçılara xatırlatma edilib. Kremlə çatdırılıb ki, Həştərxan, Orenburq, Tümen və Altay rus deyil, qazax əraziləri olub.
BUTA.TV xəbər verir ki, sosial şəbəkə üzərindən yayılan video artıq ruslar arasında isterikaya səbəb olub.
Televiziyada “Tambov canavarı sizin qardaşınızdır” adlı başlıqla ruslara əvvəllər Həştərxan, Orenburq və Altayın kimə məxsus olduğu xatırladılıb:
“Hələ rus dövlətinin qoxusu belə olmayanda türklər o ərazilərdə gəzirdilər. Orenburq Qazaxıstanın ilk paytaxtıdır. Həştərxan qazax tayfalarının ata-baba torpaqlarıdır. Böyük bəstəkar və musiqiçi Kurmanqazinin dəfn olunduğu yerdir. Tümen qazax dilində “Aşağı torpaq” mənasını verən Tümen kimi səslənir, qazax köçərilərinin ən şimal hissəsi olub. Altay isə bütün türk xalqlarının beşiyidir”.
Qeyd edək ki, Rusiya tərəfindən bir neçə dəfə Qazaxıstana qarşı torpaq iddiası ilə bağlı fikirlər səsləndirilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü