Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məzuniyyətə çıxıb, onun səlahiyyətlərini vilayət hökumətinin sədri Müslüm Xuçiyev icra edir.
BUTA.TV xəbər verir ki, bununla bağlı sərəncam kadırovun saytında dərc edilib.
Sənəddə deyilir: "Mən 2023-cü il iyulun 3-dən illik ödənişli məzuniyyətə gedirəm. Məzuniyyətim müddətində Çeçenistan Respublikasının rəhbəri vəzifəsini Çeçenistan Respublikası Hökumətinin sədri Xuçiyev Müslüm Maqomedoviçə həvalə edirəm".
Qeyd edək ki, məzuniyyətə 3 iyuldan çıxan Kadırovun sərəncamının 8 iyulda yayılması, eyni zamanda, məzuniyyət müddətinin göstərilməməsi diqqət çəkib. Daha bir qəribə nüans isə müharibə ilə bağlıdır. Ukraynada müharibə getdiyi bir məqamda Kadırovun məzuniyyətə çıxması qəribədir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü