Şabran rayonunda ağır yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb
BUTA.TV Report-a istnadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Sərvan oğlu Səfərov və 1980-ci il təvəllüdlü Kamil Davud oğlu Talışınski müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəza zamanı ölmüş daha 3 nəfərin kimliyi müəyyənləşdirilir. Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü