Ermənistanın İctimai Televiziyası artıq “artsax” sözündən imtina edib, əvəzində “Dağlıq Qrabağ” ifadəsini işlədir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə yerləşdirilən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün “ombudsman”ı Geqam Stepanyan deyib.
O bildirib ki, “artsax xalqı” əlbəttə ki, “Dağlıq Qarabağ” ifadəsindən əl çəkməyib:
“Bununla belə, Ermənistanın İctimai Televiziyası uzun müddətdir ki, “respublika” sözünü də işlətmir, lakin indi təəccüblüdür ki, o, “artsax”ı “Dağlıq Qarabağ”la əvəzləyib. Ancaq “Azadlıq” radiosu və “Sputnik Ermənistan” (Rusiya media şəbəkəsi – red.) "artsax" adından istifadə edir”.
Qeyd edək ki, Ermənistan İctimai Televiziyası “artsax” və “respublika” sözlərindən bu ayın əvvəlində imtina edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü