Türkiyənin Çanaqqala bölgəsində dünən axşam saatlarından başlayan meşə yanğını davam edir.
BUTA.TV xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı hadisə yerinə gedib.
İbrahim Yumaklı bildirib ki, Çanaqqalada külək səbəbindən yanğın böyüyüb və 8 kənd zərər çəkib. O, Çan-Çanaqqala yolunun nəqliyyatın hərəkəti üçün bağlandığını bildirib.
Məlumata əsasən yanğına qarşı yerdən və havadan müdaxilələr aparılır. Yanğının söndürülməsinə çoxlu sayda texnika və canlı qüvvə cəlb olunub.
Qeyd edək ki, Türkiyənin bir neçə bölgəsində meşəlik ərazilərdə yanğın baş verib. Mersin və Boludakı yanğınlar kontrol altına alınıb, Çanaqqaladakı yanğının söndürülməsi isə davam edir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü