Qarabağdakı separatçı rejim Azərbaycan kəşfiyyatından yayınmaq üçün yeni metoda əl atır.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Ermənistandakı “Zəngi” telekommunikasiya şirkəti ilə separatçılar arasında müqavilə imzalanıb.
Layihəyə görə, “Zəngi” şirkəti separatçıların danışıqlarının məxfiliyini qorumaq istiqamətində addımlar atacaq. Belə ki, mülki danışıq operatoru hərbiləşdiriləcək. Şirkətin rəhbəri Vahram Martirosyan bildirib ki, bu ideya 2016-cı ilin aprel müharibəsindən sonra gündəmə gəlib. Məqsəd müasir və qorunan rabitə sisteminin yaradılmasıdır. Araik Arutyunyan da daxil olmaqla separatçı rejimin rəhbərliyi bu rabitə vasitəsindən istifadə etməklə danışıqların məxfiliyini təmin edə biləcəklər.
Hesab edirlər ki, bununla Azərbaycan kəşfiyyatının onları dinləməsinin qarşısını ala biləcəklər. Məlumatlara görə, “Zəngi” şirkəti 6 ay öncədən başlayaraq, infrastrukturun yaradılması istiqamətində işləyir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü