Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycana dövlət səfərinə gələcək.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədovla ölkəmizdə rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşündə deyilib.
Qeyd edilib ki, hazırda hökumətlərin xətti ilə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinə hazırlıq işləri tam sürətlə davam edir.
Həmçinin Prezident Şövkət Mirziyayevin cari ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü