Separatçıların başçısı bu gün növbəti müraciətini yayıb, “öz müqəddəratını təyin etmə hüququndan” imtina etməyəcəklərini bildirib, o cümlədən, rəsmi Bakının Ağdam rolu vasitəsilə təminatın həyata keçirilməsi təklifindən imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə siyasi müşahidəçi Asif Nərimanlı Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanın 17 iyulda başladığı və “bir həftə vaxt verdiyi” aksiyasının başa çatması ilə bağlı qeyd edib.
“Beləliklə, separatçılar öz mövcudluqlarını qorumaq naminə erməni əhalisini girov olaraq saxlamağa davam edəcəklər.
Əliyev isə Qarabağın erməni sakinlərinə onları girov götürən xuntadan qurtulmaq çağırışı edib və “gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq” sözləri ilə Bakının mövqeyində son nöqtəni qoyub.
Separatçıların vəziyyəti dəyişmək ümidi ilə təxribata əl atacaqları heç vaxt istisna deyil, lakin bundan sonrakı prosesin inkişafı erməni əhalisinin seçimindən və nə qədər dözə biləcəyindən də asılı olacaq”, - ekspert bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü