Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi şəhərində fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün başçısı Araik Arutyunyanın “daha sərt mübarizəyə keçidinin” mahiyyəti bəlli olub.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, Arutyunyanın 17 iyulda elan etdiyi bir həftəlik “oturaq aksiyası” ötən gün başa çatıb və o, “elan etdiyi sərt mübarizə üsullarına” keçib.
“Sərt mübarizə” isə bu gün saat 20:00-da Xankəndinin İntibah və İrəvanın Azadlıq meydanında “eyni vaxtda” etiraz aksiyaları keçirməkdir. Xankəndidəki mitinqə separatçı-terrorçu dəstənin “dövlət naziri” Qurgen Nersisyan rəhbərlik edəcək.
Xatırladaq ki, bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü olacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü