Çexiyada Azərbaycan vətəndaşı polisdən qaçarkən qəzaya düşüb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Praqa polisinin qayda pozuntularına yol verən sürücülərə qarşı keçirdiyi reyd zamanı istifadəsi qadağan olan qara “plyonka”lı “Porşe” markalı avtomobili saxlayıblar.
Yoxlama zamanı məlum olub ki, sürücünün Şengen zonasına girişi qadağandır, o, arzuolunmaz şəxslər siyahısındadır. Beləcə həmən şəxsin qeyri-qanuni olaraq Çexiyada yaşadığı ortaya çıxıb. Bu zaman o, avtomobilin sürətini artıraraq ərazidən qaçmaq istəsə də, polisin təqib etdiyi avtomobil yaxınlıqdakı dirəyə çırpılıb. Xəsarət alan sürücünün polisin nəzarəti altında xəstəxanaya çatdırıldığı bildirilir.
Şəxsin kimliyi barədə Praqa polisi hələlik heç bir məlumat verməyib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü