BMT-nin Baş katibi Antonio Quterreş Nigerdə baş verən son dövlət çevrilişini kəskin şəkildə pisləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Quterreş Tvitter hesabında paylaşım edib.
“Mən Nigerdə 26 iyulda konstitusiyaya zidd elan edilən hökumət dəyişikliyini qətiyyətlə pisləyirəm. Həmçinin, ölkə Prezidenti Məhəmməd Bazum saxlanılıb. Mən onun təhlükəsizliyi və rifahı üçün narahatam”, - Quterreş bildirib.
Qeyd edək ki, bu gün Nigerdə hərbi çevriliş olub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü