Stokholm polisi sabah İsrailin İsveçdəki səfirliyi qarşısında Tövratın yandırılacağı aksiyanın keçirilməsinə icazə verib. Aksiyanı təşkil etmək üçün ərizəni hansısa bir qadın təqdim edib.
BUTA.TV “9tv.co.il” istinadən məlumat verir ki, İsveç hakimiyyəti onunla danışıqlar aparır və niyyətindən daşındırmağa çalışır.
Məlumata görə, sabahkı aksiya İsrailin qəzəbinə səbəb olub.
Ölkənin XİN rəhbəri Eli Kohen yəhudilərin müqəddəs kitabının yandırılması ilə bağlı növbəti hədədən dəhşətə gəldiyini bildirib:
“Biz müqəddəs kitablara, o cümlədən Tövrata qarşı bu cür hücumlara son qoymalıyıq. Tezliklə isveçli həmkarımla danışacam və ona bildirəcəm ki, İsveç hökumətindən iki ölkə arasında münasibətləri pisləşdirə biləcək bu cür hərəkətlərin qarşısını almasını gözləyirik”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü