Azərbaycanda istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismarı qadağan edilib.
BUTA.TV xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.
Dəyişikliklə qərarın 1.3-cü bəndinin ikinci cümləsi yeni redaksiyada verilib. Yeni redaksiyaya əsasən müdafiə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin (bundan sonra – REV) layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsi qadağandır.
Dəyişiklikdən əvvəl isə qərarın 1.3-cü bəndinin ikinci cümləsi belə idi: "Müdafiə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinin subyektləri istisna olmaqla, Komissiya tərəfindən radiotezlik ayrılmadan radioelektron vasitələrinin (bundan sonra - REV) istehsalı, xaricdən alınması və respublikanın ərazisində istismarı yolverilməzdir".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü