İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) parlament seçkiləri ərəfəsində parlament sədri Məhəmməd Bagir Qalibafa qarşı kampaniyaya başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə SEPAH-ın nəzarətində olan mətbuat və sosial media kanallarında materiallar dərc edilir.
Materiallarda Qalibaf inhisarçılıqda günahlandırılır. Qalibafın özünə yaxın şəxslərin parlament seçkilərinə namizədliklərini vermələrini təşkil etdiyi və onların qalib gəlməsi üçün fəaliyyət apardığı yazılır.
Qeyd edək ki, son vaxtlar parlament sədrinə qarşı irəli sürülən müxtəlif ittihamlardan sonra SEPAH-a yaxın medianın ona qarşı hücumu Qalibafın qarşıdakı seçkilərdən uzaqlaşdırılması məqsədilə edildiyi ehtimalını gücləndirir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü