Azərbaycanın keçmiş baş naziri Sürət Hüseynovun ölümünün təfərrüatı məlum olub.
BUTA.TV “Haqqın.az”a istinadən xəbər verir ki, bu barədə İstanbuldakı “Medipol Meqa” Universitet Xəstəxanasının rəhbəri Aydın Ünal yazılı açıqlama yayıb.
Ünalın sözlərinə görə, İstanbul hava limanında qəfil huşunu itirməsi və infarkt keçirməsi səbəbindən iyulun 30-da səhər saatlarında Hüseynov təcili yardım maşınında intubasiya edilərək “Arnavutköy” İstanbul Dövlət Xəstəxanasına aparılıb:
“Hüseynov “Medipol Meqa” xəstəxanasının 3-cü dərəcəli reanimasiya şöbəsinə yerləşdirilib. İlkin müayinə zamanı onun huşsuz vəziyyətdə olduğu və ürək döyüntülərinin dayandığı məlum olub. Bununla bağlı reanimasiya və zəruri tibbi prosedurlar aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Hüseynovun həyatını xilas etmək mümkün olmayıb”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü