Danimarka və İsveç səfirləri həmin ölkələrdə "Qurani-Kərim"in təhqir olunması ilə bağlı İndoneziya Xarici İşlər Nazirliyinə çağırılıb.
BUTA.TV xəbər verir ki, İndoneziya tərəfi bu hərəkətləri qətiyyətlə pisləyərək mövqeyini açıq şəkildə diplomatik nümayəndəliklərin rəhbərlərinə çatdırıb.
"Baş verənlər ifadə azadlığının təzahürü kimi şərh edilə bilməz, çünki onlar böyük fəsadlara gətirib çıxarır. İndoneziya bu cür düşünən yeganə ölkə deyil, bir çox dövlətlər oxşar nöqteyi-nəzərdən çıxış ediblər”, - XİN-dən verilən açıqlamada bildirilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü