Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
BUTA.TV xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçiləri "Sabah" və "Neftçi"nin də potensial rəqibləri bəlli olub.
"Neftçi" - "Beşiktaş" cütünün qalibi pley-offda "Aris" (Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna) cütünün güclüsü ilə üz-üzə gələcək. “Neftçi” – “Beşiktaş” cütünün qalibi ilk görüşünü səfərdə keçirəcək.
"Sabah" isə Serbiya "Partizan"ını keçsə, pley-offda “Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü