Rusiya Mərkəzi Bankı Qərbin sanksiya təzyiqinin artacağı və 2008-ci ildəki kimi qlobal iqtisadi böhranın ola biləcəyi haqda hesabat dərc edib.
BUTA.TV xəbər verir ki, bankın “2024-2026 Dövlət Pul Siyasəti” adlı hesabatında artan inflyasiya təzyiqinin davam edə biləcəyi proqnozlaşdırılıb.
Qeyd edilir ki, faiz dərəcələrinin sürətli artımı maliyyə qurumlarının vəziyyətini daha da pisləşdirəcək. Qlobal iqtisadiyyatda isə parçalanma prosesinin sürətlənəcəyi, Rusiyaya təzyiqin daha da artırılacağı düşünülür.
Sözügedən proseslərin neft qiymətlərinə də təsir edəcəyi bildirilir. Belə ki, 2025-də Rusiyanın “Urals” markalı neftinin qiymətinin 45 dollar olacağı gözlənilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü