Ermənistanda ağır yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasedici Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 13-dən 14-nə keçən gecə İrəvan-Gümrü yolunda, Lancik kəndi yaxınlığında (Şirak mərzi) baş verib.
Olay yerinə yanğınsöndürən-xilasedicilərdən ibarət 1 briqada və rayon xilasetmə idarəsinin əməliyyat qrupu gəlib.
Məlum olub ki, İrəvan-Gümrü yolunun 90-cı kilometrliyində “Volksvagen” markalı sərnişin mikroavtobusu və ZİL markalı yük maşını toqquşub.
Qəza nəticəsində 11 nəfərin öldüyü, 6 nəfərin yaralandığı qeyd olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü