Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Rabotino kəndi ərazisinə sonuncu böyük ehtiyat bölməsini yerləşdirib. Bu, Kiyevi çətin vəziyyətə sala bilər.
BUTA.TV xəbər verir ki, bunu “Forbes”in analitiki Devid Eks yazıb.
Onun sözlərinə görə, söhbət “Marder”, “Strayker” zirehli maşınları, eləcə də “Çellencer” tankları ilə silahlanmış Ukrayna ordusunun strateji ehtiyatı olan 82-ci desant-hücum briqadasından gedir.
Analitik bildriib ki, 82-ci və 46-cı desant-hücum briqadaları Ukrayna Baş Qərargahının ehtiyatda saxladığı sonuncu ən böyük hərbi birləşmələr idi:
Son böyük ehtiyatların döyüşə göndərilməsi Rabotino istiqamətində Ukraynanın döyüş gücünü əhəmiyyətli dərəcədə artıra bilər. Ancaq heç bir briqada əbədi döyüşə bilməz. Bu briqadalar istirahət, bərpa və təmir üçün geri çəkildikdə, onları əvəz edəcək eyni dərəcədə güclü təzə bölmələr olmaya da bilər”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü