Azərbaycanda səfərdə olan xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar.
BUTA.TV Report-a istinadən xəbər verir ki, xarici KİV nümayəndələrinə sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti barədə geniş məlumat verilib.
Qeyd edilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin sərbəst keçidinə şərait yaradılır.
Bütün bunlar Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu sübut edir.
Qonaqlar həmçinin, Laçın şəhərində olublar. Onlara şəhərdə aparılan yenidənqurma və abadlıq işlərinin gedişatı ilə bağlı da ətraflı məlumat verilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü