Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" MMC-nin direktoru Pərvinə İsmayılova vəzifəsindən azad edilib.
BUTA.TV xəbər verir ki, şirkətə rəhbərlik Nigar Məmmədovaya həvalə olunub.
Xatırladaq ki, "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” DOST Agentliyinin Müşahidə Şurasının 5 oktyabr 2021-ci il tarixli qərarı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Mərkəzin yaradılmasında məqsəd şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü