Laçın yolu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) humanitar əməliyyatları üçün açıqdır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev "X" sosial şəbəkəsində yazıb.
Niderlandın xarici işlər naziri Vopke Hukstranın paylaşımına cavab olaraq azərbaycanlı diplomat qeyd edib ki, məhz Ermənistan tərəfi Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadəyə dair razılaşmanı pozan tərəf olub və onların məqsədi beynəlxalq səviyyədə manipulyasiya, dezinformasiya siyasətini davam etdirmək üçün süni gərginlik yaratmağa çalışmaqdır.
Səfir həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasını və Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin Ermənistan tərəfindən təmin edilməsini nəzərdə tutan üçtərəfli bəyanatın 4-cü və 9-cu maddələrinin müddəalarına Ermənistanın əməl etmədiyi faktlarını da diqqətə çatdırıb.
“Əminəm ki, silahlı təcavüzün qurbanı olan, ərazisi 30 il işğal altında qalan və misli görünməmiş dərəcədə dağıdılan, minalanan Azərbaycanın beynəlxalq hüquq və ədalətin paytaxtı olan Haaqanın balanslaşdırılmış mövqeyinə ümid etmək hüququ var”, - səfir fikrini yekunlaşdırıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü