Bu gün Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb, qızdırma, öskürək kimi əlamətlərlə müşahidə olunur.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib ki, son zamanlarda uşaqlar arasında adenovirus yoluxmalarına rast gəlinir.
Onun sözlərinə görə, bu, üst tənəffüs yolunu tutan virusdur.
“Virus yüksək temperatur, əvvəl quru, daha sonra isə bəlğəmli öskürəklə müşahidə olunur. 5-6 gündən sonra əlamətlər yavaş-yavaş azalır”, - deyə Ə.Quliyev bildirib.
“Uşaqlar bir-biri ilə yaxın təmasda olanda virusu hava-damcı yolu ilə ötürə bilirlər. Bəzi hallarda gözlərdə konyuktivit, mədə-bağırsaqda narahatlıq da müşahidə olunur. Virusun müalicəsi simptomatikdir”, - deyə o əlavə edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü