Türkiyə Qara dəniz boğazlarında gəmiçilik qaydalarını tənzimləyən Montrö Konvensiyasına ciddi əməl edir və onun pozulmasının Qara dəniz hövzəsində təhlükəsizlik riskləri yarada biləcəyinə inanır.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç deyib.
“Montrö Konvensiyasının pozulması (Rusiya-Ukrayna müharibəsi başlayandan sonra) riskləri çox idi. Tərəflərdən biri Montrönü tanımadığını bəyan etsəydi, Türkiyə məcbur müdaxilə etməli olacaqdı. Biz ciddi riskə getmişik və apardığımız balanslaşdırılmış siyasət sayəsində indiki vəziyyətə gəlmişik”, - Kılıç bildirib.
Qeyd edək ki, Türkiyə hakimiyyəti daha əvvəl də Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qara dənizə bir dənə də hərbi gəmi buraxmadıqlarını bəyan etmişdi.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü