Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) qurumun maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis icarəyə götürür.
BUTA.TV Qaynarinfo.az-a istnadən xəbər verir ki, bununla bağlı DSMF fərdi sahibkar Almaz Hacı qızı Hüseynova ilə müqavilə imzalayıb.
Qurum ofis üçün 36 aya 986 040 AZN icarə haqqı ödəyəcək. Bu halda bir ay üçün icarə haqqı 27 390 AZN-ə düşür.
DSMF ötən il Almaz Hüseynovadan 9 ay müddətinə icarəyə ofis götürüb. Bu müddət üçün icarə haqqı 240 702 AZN təşkil edib. Məlum olur ki, ötən illə müqayisə də icarədar icarə haqqını 645 AZN artırıb.
Almaz Hüseynova barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü