Bakı-Şamaxı-Yevlax yolunu su basıb, yüzlərlə avtomobil yolda qalıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, İsmayıllı rayonuna yağan güclü leysandan sonra dağlardan gələn sel suları Göyçay rayonunda fəsadlara səbəb olub.
Bu gün saat 17:30 radələrində Göyçayın Qaraməryəm kəndini sel basıb, evlər, obyektlər su altında qalıb. Dağlıq ərazidə yerləşən Qaraməryəm kəndi ərazisindəki xırda balıqçılıq göllərinin daşması nəticəsində sel suları Bakı-Şamaxı-Yevlax yolunu bağlayıb. Magistral yolda nəqliyyatın hərəkəti yarım saatdan çox dayanıb. Bir neçə avtomobil yoldakı qalın lil qatında batıb, sel sularının təsiri nəticəsində 3 avtomobilə ziyan dəyib.
Hazırda yolun lildən təmizlənməsi və nəqliyyatın hərəkətinin təmin olunması üçün işlər görülür.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü