Avqustun 31-dən Rusiyanın “İrAero” aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu üzrə reyslərin sayını iki dəfə artıracaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək. Belə ki, Krasnoyarskdan təyyarə cümə axşamı saat 20:20-də, bazar günü isə saat 18:00-da havaya qalxacaq və müvafiq olaraq saat 22:10-da və saat 19:50-da Bakıya çatacaq.
Bakıdan isə təyyarə cümə axşamı 11:30-da havaya qalxacaq, 19:10-da Krasnoyarska çatacaq. Bazar günü isə təyyarə Azərbaycandan saat 09:10-da yola düşəcək, 16:50-də Rusiyaya çatacaq.
Biletin qiyməti bir tərəfə 23 560 rubl (247 ABŞ dolları), iki tərəfə isə 57 063 rubl (599 ABŞ dolları) təşkil edir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü