Gürcüstan Avropa Şurasının sədri Şarl Mişelin AB-nin 2030-cu ilə qədər genişlənməyə hazır olması barədə bəyanatını alqışlayır.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya deyib.
“Biz bu bəyanatı alqışlayırıq. Bu, Şarl Mişelin çox güclü, vacib və deyərdim ki, çox vaxtında verdiyi bəyanatdır”, - Darsaliya bildirib.
Qeyd edək ki, AB Şurası rəhbəri Şarl Mişel ittifaqın genişlənməsinin ləng getməsi ilə bağlı tənqidləri qəbul etməyib və bildirib ki, müvafiq ölkələr 2030-cu ildə yeni genişlənmə dalğasına hazır olmalıdır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü