Pskov hava limanında məhv edilən Rusiyaya məxsus 4 İL-76 təyyarəsi ordunun yüklərini, silahlarını və şəxsi heyətini daşıyırdı. Bu təyyarələr, həmçinin, Tehrandan Rusiyaya “Şahid” dronlarını çatdırıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.
“Aerodromlara edilən hücumlara görə Rusiya uzaq nöqtələrdə belə özünü təhlükəsiz hiss etmir və təyyarələri Uzaq Şərqə qədər toplamalı olur. Ruslar strateji bombardmançılarını məhz burada gizlədirlər”, - İqnat bildirib.
Qeyd edək ki, 29 avqustda Pskova edilən PUA hücumu nəticəsində 2 İl-76 məhv edilib, daha iki təyyarə zərər görüb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü