Sentyabrın 1-də saat 23 radələrində Oğuz rayonunun Bayan kənd sakini 1983-cü il təvəllüdlü Nuranə Məsimovanın kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən keçmiş əri, 1972-ci il təvəllüdlü Eyvaz Məmmədov saxlanılıb.
Xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü