Aleksey Reznikovun Ukraynanın müdafiə naziri postundan istefası onun səmərəsizliyi, silahlı qüvvələrinin uğursuz əks-hücumları və Zelenskinin sərt namizəd tapmaq istəyi ilə əlaqəlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Reznikovun istefası, məncə, bir neçə amillə bağlıdır. Birincisi, bu, Ukraynanın əks-hücumunun uğursuzluğu, ikincisi onun Ukraynanın müdafiə naziri kimi səmərəsizliyidir. Üçüncüsü bu, Zelenskinin ətrafını böyük qəddarlıq və barışmazlığı ilə seçilən insanlarla əhatələmək cəhdidir”, - ekspert bildirib.
Korotçenkonun sözlərinə görə, Zelenskinin daha səriştəli müdafiə naziri tapmaq istəyi Ramşteyndə keçiriləcək 2023-cü ilin payız-qış və 2024-cü ilin yaz-yay kampaniyasının planlaşdırılacağı görüşlə bağlı ola bilər.
Sayalı Abasova
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü