Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra xalqa müraciətində maraqlı cümlə işlədib: “Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Ermənistanın təxribat xarakterli hərəkətləri də başda olmaqla digər böhranların baş verdiyi bir zamanda cənub regionlarımızın sabitliyi və təhlükəsizliyi ölkəmiz üçün ön plandadır”.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ərdoğan “Ermənistanın təxribat xarakterli hərəkətləri” dedikdə bu ölkənin Azərbaycana yönəlik təxribatlarının Türkiyənin cənub regionları üçün də təhlükəsizlik problemi yaratdığına işarə edib. Həqiqətən Ermənistanın Qərbi Zəngəzur istiqamətindən Naxçıvana qarşı silahlı təhdidləri Türkiyənin Naxçıvanla qonşu bölgələri üçün də təhdid xarakteri daşıyır. Ermənistan hakimiyyətinin təxribatçı siyasətinin nəticəsidir ki, İrəvan-Ankara dialoqunda fasilə yaranıb”, - Şahinoğlu bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü